Hakan Şükür: “Azərbaycandan cəlbedici təklif almışam, amma çox pula ehtiyacım yoxdur”
20.06.2008 - 11:10
Hakan Şükür: “Azərbaycandan cəlbedici təklif almışam, amma çox pula ehtiyacım yoxdur”
37 yaşlı futbolçu bildirib ki, hazırda təklifləri dəyərləndirir: “Mənə Azərbaycanla yanaşı, Dubay təmsilçisindən də dəvət göndərilib. Lakin bu günlərdə ABŞ-ın “Metrostars” komandasına başım qarışıb. Bu klubun nümayəndələri danışıqlar aparmaq üçün tezliklə İstanbula gələcəklər. Bəlkə də yaxında yerləşdiyini nəzərə alıb Dubaya üstünlük verdim”. Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və ABŞ-a qısamüddətli səfərdən sonra vətənə dönən H.Şükür məşqçi fəaliyyətinə başlayacağını da istisna etməyib. Futbolçu vurğulayıb ki, Türkiyədə yalnız “Qalatasaray”ın şərəfini qorumağa hazırdır: “Türkiyənin 12 klubu mənimlə maraqlanır. Hətta bunlardan biri “böyük klublar”dan sayılır. Komandanın prezidenti ilə münasibətlərim çox yaxşıdır. Amma ona və digərlərinə öz ölkəmdə “Qalatasaray”dan başqa klubda oynamayacağımı bildirmişəm. Məşqçi fəaliyyətinə başlamağım da gündəmdədir”.
Qeyd edək ki, H.Şükürün heyətində 9 dəfə Türkiyə çempionluğunu, 1 dəfə UEFA kubokunu qazandığı “Qalatasaray”la müqaviləsinin müddəti ötən ay başa çatıb. “Xəzər-Lənkəran” rəhbərliyi veteran hücumçunun bir ilinə 3 milyon avro xərcləməyə hazır olsa da, hələlik qarşı tərəfin razılığını ala bilməyib.
0