“Neftçi” klubu İntertoto kubokunun ikinci mərhələsində oynayacaq
20.06.2008 - 11:16
Sorğuya qatılanların 29,44 faizi (222 nəfər) flaqmanın ikinci mərhələyə adlayacağına inandıqlarını bildiriblər. 193 nəfərin fikrincə, paytaxt təmsilçisi sabah Bakıda ilk mərhələ çərçivəsində qarşılaşacağı Slovakiyanın “Nitra” komandası ilə görüşlərdə uğursuzluq yaşayaraq, mübarizəni erkən dayandıracaq. Buna baxmayaraq, nikbin respondentlərin sayı kifayət qədər çoxdur. “Neftçi”nin üçüncü mərhələyə yüksələcəyinə 158 nəfər səs verib. Eyni zamanda, müsabiqədə iştirak edənlərin 14,46 faizi Anatoli Demyanenkonun komandasının UEFA kubokuna vəsiqə qazanacağını düşünür. 72 nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
Qeyd edək ki, “Neftçi” “Nitra”nı yarışda kənarlaşdırarsa, ikinci mərhələdə “Jerminal” (Belçika), daha sonra “Vasluy”la (Rumniya) qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Neftçi” “Nitra”nı yarışda kənarlaşdırarsa, ikinci mərhələdə “Jerminal” (Belçika), daha sonra “Vasluy”la (Rumniya) qüvvəsini sınayacaq.
0
0