Arda Turan Avropa çempionatının ən yaxşı oyunçularından ibarət simvolik yığmaya düşüb
20.06.2008 - 13:42
Arda Turan Avropa çempionatının ən yaxşı oyunçularından ibarət simvolik yığmaya düşüb
Bakı. Elşən Məmmədov - APA-Sport. Nüfuzlu “Eurosport” telekanalı Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının qrup mərhələsində ən yaxşı və ən pis oyunçulardan ibarət simvolik yığma komandanın siyahısını tərtib edib. “APA-Sport” agentliyinin məlumatına görə, ən yaxşıların siyahısına Türkiyə milli komandasının futbolçusu Arda Turan da düşüb. 21 yaşlı oyunçu sol cinah yarımmüdafiəçisi mövqeyində əvəzolunmaz hesab olunub. İsveçrə yığmasının Türkiyə əsilli hücumameylli yarımmüdafiəçisi Hakan Yakın da bu siyahıda yer alıb. Ümumiyyətlə, ən yaxşı və ən pis oyunçular siyahısında aşağıdakı futbolçular qərarlaşıb:

Ən yaxşı oyunçulardan ibarət simvolik yığma: Canluici Buffon (İtaliya) – Dario Srna (Xorvatiya), Kristian Kivu (Rumıniya), Yuri Jirkov (Rusiya), Tomaş Qalasek (Çexiya) - Kriştiano Ronaldo (Portuqaliya), Hakan Yakın (İsveçrə), Uesli Sneyder (Hollandiya), Arda Turan (Türkiyə) – Lukas Podolski (Almaniya), David Vilya (İspaniya).

Ən pis oyunçulardan ibarət simvolik yığma: Petr Çex (Çexiya) – Gurkas Seytaridis (Yunanıstan), Denis Kolodin (Rusiya), Jatsek Bak (Polşa), Emanuel Poqates (Avstriya) - Andres Inyesta (İspaniya), Andreas Svensson (İsveç), Trankilyo Barnetta (İsveçrə) - Luka Toni (İtaliya), Tyerri Anri (Fransa), Mario Qomes (Almaniya).
Qeyd edək ki, Hakan Yakın qitə birinciliyində üç, Arda Turan isə iki qol vurub.
0