Kamal Quliyev yenidən “Karvan” klubuna qayıdıb
20.06.2008 - 14:11
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu 5 futbolçu ilə müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, yevlaxlılar qapıçı Vitali Kovalyov, yarımmüdafiəçilər Kamal Quliyev, Namiq Əliyev, Rəşad Kərimovla bir, hücumçu Vüqar Nadirovla iki il müddətinə anlaşıb. V.Kovalyovla K.Quliyev son mövsümü “Standard”da keçirib ki, “Karvan”ın baş məşqçisi Yunis Hüseynov paytaxt klubunda işləyərkən onları həmin komandaya dəvət etmişdi. “Karvan” yaranan vaxtdan (2004-cü ilin yayından) onun şərəfini qorumuş K.Quliyev yenidən bu komandada Y.Hüseynovun rəhbərliyi altında oynayacaq. Ayrı-ayrı vaxtlarda iki dəfə Yevlax təmsilçisinə keçən 32 yaşlı yarımmüdafiəçi bir illik fasilədən sonra sabiq komandasına qayıdıb. N.Əliyevin sonuncu dəfə “Olimpik”, R.Kərimov “Xəzər-Lənkəran”, V.Nadirov “Masallı” klublarında forma geyinib. Az öncə “Standard”dan müdafiəçi Tural Nərimanovu da heyətinə cəlb edən Y.Hüseynov komandasını sabah mövsümə hazırlıq məqsədilə ilk məşqə çıxaracaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0