MOİK Premyer Liqada ev oyunlarını “Şəfa” stadionunda keçirəcək
20.06.2008 - 14:35
Bakı. Aqşin Əliyev - APA-Sport. Mərkəzi Ordu İdman Klubu (MOİK) Azərbaycan Premyer Liqasında ev oyunlarını “Şəfa” stadionunda keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Ramil Əliyev məlumat verib. Ötən mövsüm birinci divizionda ikinci yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanan MOİK-in növbəti çempionatda Ordu stadionunda çıxış edəcəyi gözlənilirdi. Lakin R.Əliyev bildirib ki, bu stadionda aparılan yenidənqurma işlərini nəzərdə tutulan vaxtda yekunlaşdırmaq mümkün olmayıb: “Biz ötən çempionatda da “Şəfa”da oynayırdıq. Ordu stadionundakı yenidənqurma işlərinin avqustda başa çatması planlaşdırılırdı. Ancaq qeyri-müəyyən səbəbdən işlər yubandı. Çox güman ki, stadion ikinci dövrədə də hazır olmayacaq”. Baş məşqçi “Şəfa”nın istismar hüququna malik “İnter” rəhbərliyi ilə ilkin razılığa gəlindiyini və yaxın günlərdə müqavilə bağlanılacağını söyləyib. Hərbçi-futbolçular növbəti çempionatın hazırlığına iyunun 23-də məhz “Şəfa”da başlayacaqlar.
Qeyd edək ki, 2007/08 mövsümündə “Şəfa” stadionundan Premyer Liqada mübarizə aparan 3 komanda - “İnter”, “Olimpik” və “Standard” istifadə edib.
Qeyd edək ki, 2007/08 mövsümündə “Şəfa” stadionundan Premyer Liqada mübarizə aparan 3 komanda - “İnter”, “Olimpik” və “Standard” istifadə edib.
0
0