Valentin Xodukin: “Subaşiç artıq bizim futbolçudur”
20.06.2008 - 14:44
“Branimirlə danışıqlar müsbət yekunlaşıb və “İnter”ə keçidi rəsmiləşib. Subaşiç artıq bizim futbolçudur. Hazırda vətənində olan hücumçuya bir neçə gün istirahət etməyə imkan yaratmışıq. İyunun 24-də Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq ki, Branimir də Serbiyadan birbaşa ora gələcək”.
Azərbaycana 2005-ci ilin yayında gələn B.Subaşiç son üç mövsümdə şərəfini qoruduğu “Neftçi” klubu ilə müqaviləni uzatmaqdan imtina edib. V.Xodukin serbiyalının Xaqani Məmmədovla birgə hücumda uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Subaşiç komandamızın hücum xəttini gücləndirəcək. Branimir ən sərrast oyunçumuz olan Xaqani Məmmədovla Azərbaycan millisində bir yerdə çıxış edir. Onların “İnter”də birgə oyununun uğurlu alınacağına inanıram. Mənə aqressiv hücumçu lazım idi ki, Subaşiç də bu tələblərə cavab verir. Onunla 1,6 il müddətinə müqavilə bağlamışıq”.

- Haalanddan DÇ debütündə şou - Matçın ən yaxşısı seçildi
- Deşam Mbappe barədə: - “Hələ də onu tənqid edənlər var”
- Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır”
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi
- Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik”
0
0