Milli komandanın baş məşqçisi iki uşaq anasına evlənmək təklifi edib - FOTO
20.06.2008 - 14:54
Milli komandanın baş məşqçisi iki uşaq anasına evlənmək təklifi edib - FOTO
Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın futbol üzrə milli komandasının baş məşqçisi Raymon Domenek evlənməyə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, 56 yaşlı mütəxəssis “M6 TV”-nin idman şərhçisi Estel Denisə canlı yayında evlənmə təklifi edib. R.Domenekin uzun müddətdir bir yerdə yaşadığı bu xanımdan iki övladı var. E.Denis təklifə təəccübləndiyini və bunu gözləmədiyini bildirib.
Qeyd edək ki, R.Domenekin başçılıq etdiyi Fransa yığması Avropa çempionatının qrup mərhələsində mübarizəni dayandırıb.








0