Valentin Belkeviç Bakının “İnter” klubuna keçir
20.06.2008 - 16:04
Karyerasına SSRİ çempionatının güclülər dəstəsində başlayan V.Belkeviç 1991-96-cı illərdə Minsk, 1997-2008-ci illərdə Kiyevin “Dinamo” komandasında çıxış edib. SSRİ çempionatında 2, Belarus birinciliyində 200 (43 qol), Ukraynanın güclülər dəstəsində 222 oyun (51 qol) keçirən yarımmüdafiəçi dəfələrlə ölkə çempionu adını qazanıb. Avrokuboklarda 67 oyuna 12 qol vuran V.Belkeviç milli komandada keçirdiyi 56 qarşılaşmada 10 qol vurub. Yeddi dəfə Ukrayna çempionu olan yarımmüdafiəçi 6 dəfə Ukrayna, 2 dəfə Belarus kubokunu qazanıb. Ölkəmizə gələn ən titullu futbolçu 1998/99 mövsümündə Çempionlar Liqasının yarımfinalında meydana çıxmaq şansı qazanıb.
Qeyd edək ki. V.Belkeviç 1995-də Belarusda ilin, 2000-ci ildə son onilliyin ən yaxşı oyunçusu seçilib. İki dəfə Ukrayna birinciliyinin ən yaxşı assistenti olan yarımmüdafiəçi 2001-ci il çempionatında ən yaxşı oyunçu seçilib. 35 yaşlı yarımmüdafiəçi iki il “Neftçi”nin baş məşqçisi Anatoli Demyanenkonun rəhbərliyi altında çıxış edib.

0
0