Latviya yığmasının hücumçusu Maris Verpakovskis karyerasını Azərbaycanda davam etdirmək istəyir
20.06.2008 - 17:07
Latviya yığmasının hücumçusu Maris Verpakovskis karyerasını Azərbaycanda davam etdirmək istəyir
“Dinamo”da çıxış edən Maris Verpakovskislə Valentin Belkeviçin transfer məsələləri ilə məşğul oluram. Maris Azərbaycana gəlmək istəyir. Andrey Rubin kimi, Belkeviç də “İnter”lə müqavilə bağlamağa gəlir. Onlar azad agent statusuna malikdirlər. Verpakovskis isə müqavilə ilə hələ il yarım “Dinamo”ya məxsusdur. Hazırda klubla danışıqlar aparıram və 3-4 günə məsələyə aydınlıq gələcək”. K.Məmmədov bildirib ki, futbolçuların transferinin neçəyə başa gəldiyini açıqlamaq istəmir: “Buna səlahiyyətim çatmır. Yalnız onu deyə bilərəm ki, məbləğ elə də böyük deyil və Marisin transferi ilə bağlı “Dinamo”yla ortaq məxrəcə gəlmək mümkündür”.
Karyerasının ilk 5 ilini Liyepaya təmsilçilərində keçirən M.Verpakovskis “Baltika” (1996, 3 oyun) və “Metallurq” (1997-2000, 59 oyun, 10 qol) klublarında çıxış edib. Sonrakı üç mövsümü (2000-03) Riqanın “Skonto” klubunda çıxış edən hücumçu üç dəfə çempionluğu, üç dəfə ölkə kubokunu qazandığı komandada 77 oyuna 41 qol vurub. 2003-cü ildə Kiyevin “Dinamo” klubuna keçən (47 oyun, 10 qol) M.Verpakovskis bir dəfə Ukrayna çempionluğunu, iki dəfə ölkə kubokunu qazanıb. “Dinamo”da “Neftçi”nin hazırkı baş məşqçisi Anatoli Demyanenkonun rəhbərliyi altında oynayıb. Müqavilə ilə Kiyev klubuna məxsus olan M.Verpakovskis son iki mövsümü icarə əsasında oynamalı olub. Belə ki, 2006/07 mövsümün ikinci yarısında İspaniyanın “Xetafe” (13 oyun, 1 qol), son mövsümü isə Xorvatiyanın “Hayduk” (18 oyun, 5 qol) klubunun formasını geyinib. Latviyalı Azərbaycanda İspaniya Primerosunda çıxış edən ilk futbolçu olacaq. O, yeganə qolunu 30-cu turda aprelin 15-də öz meydanında “Vilyarreal” klubunu böyük hesabla məğlub etdikləri (3:0) matçda vurub. Vaxtilə “Benfika” və “Sautgempton” klublarının maraq dairəsinə düşən M.Verpakovskisin transfer məbləği üçün 3 milyon avro qoyulduğu halda, ispanlar bunun yarısını ödəməyə hazır imiş. Son nəticədə icarəyə götürülən hücumçu “Xayduk”a bir illik icarəyə görə 250 min avroya başa gəlib.
Latviyanın əsas yığmasında çıxışına 1999-cu ildə başlayan M.Verpakovskis 64 oyuna 23 qol vurub. Vaxtilə Türkiyə yığması ilə pley-off oyunlarında vurduğu qollarla milli komandasını 2004-cü ildə Avropa çempionatının final mərhələsinə çıxarıb. Latviyanın AÇ-2004-də yeganə qolunun müəllifi olan M.Verpakovskis Çexiya yığmasına 1:2 hesabı ilə məğlub olduqları görüşdə (45+1-ci dəqiqədə) Peter Çexin qoruduğu qapıya yol tapıb.
0