“Neftçi” avrokuboklarda yeni mövsümə qələbə ilə başlayıb
22.06.2008 - 11:30
“Neftçi” avrokuboklarda yeni mövsümə qələbə ilə başlayıb
Flaqman Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün taleyini ilk 10 dəqiqədə vurduğu iki qolla həll edib. Əvvəlcə “Neftçi”nin kapitanı Rəşad Sadıqov künc zərbəsindən ötürülən və komanda yoldaşlarının ayaqları arasından buraxdığı topu dəqiq zərbə ilə qapıdan keçirib. R. Sadiqov bundan üç dəqiqə sonra artıq özü dəqiq zərbə ilə topu qapıdan keçirməyə müvəffəq olub. Bu, 25 yaşlı yarımmüdafiəçinin avrokuboklarda ilk qolu idi. “Nitra” ilə görüşdə ukraynalılar – müdafiəçi Vladimir Oliferlə yarımmüdafiəçi Oleq Gerasimyuk və gürcüstanlı hücumçu Georgi Çelidze “Neftçi”nin heyətində debüt ediblər. Müdafiəçi Ruslan Abbasov isə bir illik fasilədən sonra ilk oyuna çıxıb.
Qeyd edək ki, avrokuboklarda 9 ildir öz meydanında məğlub olmayan “Neftçi” son 4 ev oyununda qələbə qazanıb. Komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenko isə İqor Nakoneçnıdan sonra Azərbaycan klubunun çalışdırıcısı kimi qitə miqyaslı turnirdə debütünü qələbə ilə qeyd edib. Həmyerlisi kimi İntertotoda yarışan İ. Nakoneçnı “MKT-Araz”ın baş məşqçisi qismində iki il öncə İmişlidə Moldovanın “Tiraspol” komandasını ilk oyunda 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Neftçi” cavab görüşünü iyunun 28-də Slovakiyada keçirəcək.


21 iyun
UEFA-İntertoto kubokunun birinci mərhələsi, ilk oyun
“Neftçi” (Azərbaycan) – “Nitra” (Slovakiya) - 2:0
Rəşad Sadıqov 7,Rəşad Sadiqov 10.


0