Əfsanəvi futbolçu Pele qarət olunub
23.06.2008 - 11:20
Bakı. Elşən Məmmədov - APA-Sport. Əfsanəvi futbolçu Pele Braziliyanın San-Paulu ştatında qarət olunub. “APA-Sport” agentliyinin məlumatına görə, hadisə iyunun 13-də San-Paulu ştatındakı Santuş şəhəri yaxınlığında baş verib. Lakin Braziliya mətbuatı insidentdən 9 gün sonra xəbər tutub. Hadisə isə belə baş verib: Avtomobillə gedən Pelenin qarşısını onadək yeniyetmə kəsib. Onlar tapança və bıçaqla veteran futbolçunu qorxudaraq, qızıl boyunbağısını, mobil telefonunu və saatını alıblar. Polisə müraciət etməyən Pele yalnız iyunun 19-da Braziliya və Argentina yığma komandaları arasında keçirilən 2010-cu il dünya çempionatının seçmə oyununu izləməyə gedərkən, hadisə haqda dostlarını məlumatlandırıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0