“Qəbələ” “Panduri” klubunun oyunçusunu transfer etmək istəyir
23.06.2008 - 13:06
“Qəbələ” “Panduri” klubunun oyunçusunu transfer etmək istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qəbələ” klubu braziliyalı futbolçu Oliveyra Dos Santos Vandairi transfer etmək istəyir. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın baş məşqçisi Ramiz Məmmədov 28 yaşlı hücumçunu sərəncamında görmək istəyir. Makedoniya mətbuatı karyerasının müəyyən hissəsi bu ölkə ilə bağlı olan hücumçunun Azərbaycana üz tutduğunu yazıb. “Qəbələ”nin transfer etmək istədiyi futbolçu karyerası ərzində Portuqaliyanın “Naval”, Almaniyanın “Kikker Offenbax”, Braziliyanın “Amerika Minas Gerais”, “Sertaoqunyo”, “Moqi Morin”, “Korintians Alagoas”, “Abaete”, həmçinin Makedoniyanın “Sementarnitsa” və “Vardar” klublarında çıxış edib. Üç il oynadığı “Vardar”da “Bakı”nın baş məşqçisi Qyoko Hacievskinin də rəhbərliyi altında çıxış edən braziliyalı son mövsümü Rumıniyada keçirib.
0