Branimir Subaşiç “Srvena Zvezda” klubuna keçir
23.06.2008 - 14:02
Ukraynalı çalışdırıcının sözlərinə görə, 26 yaşlı futbolçu karyerasını vətəndə davam etdirmək fikrinə düşüb: “Subaşiçin Serbiyada oynamaq variantı ortaya çıxıb. Onun “Srvena Zvezda” klubuna keçidi artıq reallaşmaq üzrədir. Branimir bizə vətənində çıxış etmək istəyini bildirdi. Ona mane olmaq fikrində deyilik. Heç kimi komandamızda zorla saxlamırıq. Bu səbəbdən Subaşiçlə “İnter” arasında müqavilənin imzalaması baş tutmayacaq”.
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “İnter” müqavilə ilə Kiyevin “Dinamo” klubuna məxsus Maris Verpakovskisini transfer etmək fikrindədir. Bunu istisna etməyən V.Xodukin danışıqların nəticəsini gözləyir. Belə ki, Azərbaycana gəlməyə razılıq verən Latviya milli komandasının 29 yaşlı futbolçusunun “Dinamo”dan birdəfəlik alınıb, azad agent statusuna malik olması yöndə iş gedir.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0