Ukrayna yığmasının oyunçusu: “Azərbaycanda mənə buradakından 3 dəfə artıq pul təklif edirdilər”
23.06.2008 - 17:10
Ukrayna yığmasının oyunçusu: “Azərbaycanda mənə buradakından 3 dəfə artıq pul təklif edirdilər”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Azərbaycanda 4 ay çıxış etdikdən sonra müqaviləni uzatmaqla bağlı təklif aldım. Lakin “Vorskla” klubundan dəvət gəldi. Onlar azərbaycanlılarla müqayisədə 3 dəfə az pul təklif edirdilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ukrayna milli komandasının oyunçusu Sergey Kravçenko deyib. Kiyevin “Dinamo” klubunun transfer etmək istədiyi dayaq yarımmüdafiəçisi 2005/06 mövsümünün birinci dövrəsində “Qarabağ”ın ən yaxşı oyunçularından olsa da, vətəninə qayıtmağa üstünlük verib və cəmi il yarımdan sonra yığmaya dəvət olunub: “Karyeramı Ukraynada qurmaq istəyirdim. Lakin heç bir ciddi komanda mənimlə maraqlanmırdı. Harada gəldi oynamağa isə həvəsim yox idi. Ona görə də, Azərbaycandan aldığım təklifi qəbul etməli oldum”.
Qeyd edək ki, S.Kravçenko “Qarabağ”ın heyətində çempionatda 13 oyuna 1 qol vurub.
0