“Bakı” “Sulte Varegem” klubunun futbolçusu ilə müqavilə bağlayacaq
24.06.2008 - 11:34
“Bakı” “Sulte Varegem” klubunun futbolçusu ilə müqavilə bağlayacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubu futbolçularla müqavilə məsələlərini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın məşqçi və oyunçuları ilə müqavilələri bu gün imzalanacaq. Makedoniyalı mütəxəssis Qyoko Hacievski, köməkçiləri Muarem Zekiri və Asif Əliyev, həmçinin “Bakı-2”nin baş məşqçisi İlham Qurbanovla müqavilənin müddəti bitdiyi üçün onların hər biri ilə bir illik anlaşma əldə olunub. Eyni zamanda, makedoniyalı məşqçi Borçe Xristovla da bağlanacaq müqavilə hazırdır. Paytaxt təmsilçisi 8 oyunçu ilə də münasibətlərini rəsmiləşdirir. Müqaviləsi bitən oyunçulardan Rafael Əmirbəyov, Leandro Qomeş, Fernando Peres, Xalidu Sissoko ilə yeni anlaşmanın rəsmiləşəcək. Onlarla yanaşı yeni transferlər Marko Sarliya və bir neçə gün əvvəl komandanın düşərgəsinə gələn Rudison Ferreyra ilə anlaşma imzalanacaq. Son klubu Belçikanın “Sulte Varegem” komandası olan braziliyalıdan başqa “Bakı-2”nin oyunçuları Ramin Xəlilov və Saşa Vuçinoviç də paytaxtın eyni adlı təmsilçisi ilə müqaviləni rəsmiləşdiriləcək.
0