Anatoli Demyanenko: “Verpakovskis kimi hücumçunu kim istəməz?”
24.06.2008 - 12:11
Anatoli Demyanenko: “Verpakovskis kimi hücumçunu kim istəməz?”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib. Onun sözlərinə görə, xeyli titul qazanan 35 yaşlı belaruslu yarımmüdafiəçi Valentin Belkeviçin “İnter” klubuna keçidi faydalı olmalıdır: “Belkeviç ustalığına görə seçilən, səviyyəli futbolçudur. Biz yeni komanda qururuq və belə təcrübəli oyunçuların xidmətinə ehtiyacımız var. Ancaq Belkeviçin “İnter”ə keçidi reallaşdığından ona uğurlar arzulayıram”. 49 yaşlı ukraynalı mütəxəssisi bildirib ki, Latviya yığmasının hücumçusu Maris Verpakovskisin xidmətində maraqlıdır: “Açığı, bu futbolçunun “Neftçi”yə transferi ilə bağlı danışıqlar aparmamışıq. Bildiyimə görə, Marisin “Dinamo” ilə hələ müqaviləsi var və onun keçidi çətin məsələdir. Ancaq Verpakovskisi transfer etmək imkanı yaranarsa, bunu dəyərləndirərdim. Onu komandamda görmək istərdim. Verpakovskis kimi hücumçunu kim istəməz? Maris ilk növbədə yüksək sürəti ilə rəqiblərinə təhlükə yaradır”.
0