Marko Şarliya: “Azərbaycanda çempionat və klubların səviyyəsi çox aşağıdır”
24.06.2008 - 16:52
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan Premyer Liqasının izlədiyim bir neçə oyununa görə deyə bilərəm ki, Xorvatiya ilə müqayisədə çempionat və klubların səviyyəsi çox aşağıdır. Burada normal məşq meydançaları, stadionlarla bağlı böyük problem var. Elə bizim məşq keçdiyimiz “Ədliyyə” stadionunun da qazonu pis vəziyyətdədir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Marko Şarliya deyib. M.Sarliya Azərbaycan klublarının Xorvatiyanın iki ən güclüsü ilə deyil, digərləri ilə müqayisə olunmasını düzgün sayır: “Milli komandamız əsasən legionerlərin hesabına Avropada ən güclülərdən sayılır. Çünki futbolçularımız Almaniya və İngiltərədə oynayırlar. Xorvatiyada isə “Hayduk” və “Dinamo”dan başqa digər klublar təxminən eyni səviyyədədir. Bu komandalar elə Azərbaycan klubları ilə eyni gücdədir”.
0
0