“Bakı” klubu makedoniyalı yarımmüdafiəçi Draqan Naçevski ilə müqavilə imzalayıb
24.06.2008 - 18:05
“Bakı” klubu makedoniyalı yarımmüdafiəçi Draqan Naçevski ilə müqavilə imzalayıb
“Artıq Bakıda olan Naçevski ilə görüşdə onun keçidi həll olundu. Yarımmüdafiənin sağ cinahında çıxış edən Draqan hücum xəttində də bizə faydalı olacaq”. Z.Məmmədov digər makedoniyalı futbolçu Georgi Xristovun da transferinin gündəmdə qaldığını söyləyib: “Xristov “Bakı”ya keçidi ilə bağlı ilkin razılığını verib. İyulun 3-də Azərbaycana gələcək. Həmin vaxta kimi bizdən möhlət istəyən makedoniyalı hücumçu işlərini yekunlaşdırandan sonra komandamızın düşərgəsinə gələcək. Həmin vaxt “Bakı” Qubada təlim-məşq toplanışında olduğu üçün Georgi orada hazırlığa qatılacaq”.
0