Moldova yığmasının kapitanı Bakının “Olimpik” klubunda oynayacaq
24.06.2008 - 18:27
Moldova yığmasının kapitanı Bakının “Olimpik” klubunda oynayacaq
Moldova yığmasının kapitanı olan 28 yaşlı S.Laşenkov vaxtilə Azərbaycan milli komandasına qarşı çıxış edib. Birbaşa müqaviləyə gələn müdafiəçi ilə sabah rəsmi anlaşma imzalanacaq. Son mövsümü Lvovun “Karpatı” klubunda (21 oyun) keçirən moldovalı 2004-cü ildən Ukraynada çıxış edir. Karyerasının böyük hissəsini vaxtilə “Xəzər-Lənkəran”ı UEFA kubokundan kənarlaşdıran Atakinin “Nisrtu” klubunda keçirən S.Laşenkov bu komandada ardıcıl 8 mövsüm keçirib. Hücumçu axtarışında olan “Olimpik”in Vilnüsün “Jalqiris” klubundan gələn N.Vasilyauskası da saxlamaq fikrindədir.
Qeyd edək ki, “Olimpik” ötən mövsümün ikinci dövrəsində Zaqatalanın “Simurq” klubundan transfer etdiyi 29 yaşlı Samir Musayevlə yeni müqavilə imzalayıb.
0