Nadir Nəbiyev: “Yenidən “Turan” klubunda oynamaq istərdim”
25.06.2008 - 11:52
Nadir Nəbiyev: “Yenidən “Turan” klubunda oynamaq istərdim”
Son yarım ildə iki komanda dəyişən 28 yaşlı futbolçu bildirib ki, hələlik hansısa klubla danışıq aparmır: “Lənkəranlılarla ilin sonunadək müqaviləm var. Transfer vərəqəmi, lazımi sənədləri almamış başqa klubla danışıq aparmaq, məşq etmək düzgün deyil. Hələlik Tovuzda dincəlirəm”. “Karvan” klubundan təklif aldığını etiraf edən N.Nəbiyev bildirib ki, yenidən Tovuzda oynamağın əleyhinə deyil: “Niyə də olmasın? Karyeramın ən yaxşı illərini bu komandada keçirmişəm, futbolçu kimi burada tanınmışam. Yenidən Tovuzda oynamaq istərdim və təklifi qəbul etməyim mümkündür. Ancaq əfsuslar olsun ki, “Turan”ın maliyyə vəziyyəti hələ yaxşılaşmayıb”.
Qeyd edək ki, N.Nəbiyev “Turan” klubunda 6 mövsüm keçirdikdən sonra 2001-ci ilin yayında “Neftçi” komandasına keçib və ümumilikdə, Azərbaycan Premyer Liqasında 88 qol vurub.
0