Qus Hiddink Pelenin cavabını verdi
25.06.2008 - 15:50
Qus Hiddink Pelenin cavabını verdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Braziliya yığması hokkey üzrə dünya çempionu ola bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının yarımfinalına çıxan rusiyalıların çalışdırıcısı əfsanəvi braziliyalı futbolçu Pelenin artıq köhnəlmiş iddiasına cavab verib: “Pele Rusiyanın futbolda dünya çempionu olan vaxt Braziliyanın hokkeydə eyni uğuru qazanacağını demişdi. Düşünürəm ki, tezliklə braziliyalılar hokkey üzrə dünya çempionu adını qazanacaq. Müasir texnologiyalar Braziliyada hokkey stadionları inşa etməyə imkan verir. Bir sözlə, hər şey yaxşı olacaq”.
0