Vidadi Rzayev və Tərlan Əhmədov B kateqoriyalı məşqçilik lisenziyası alıb
25.06.2008 - 17:17
Vidadi Rzayev və Tərlan Əhmədov B kateqoriyalı məşqçilik lisenziyası alıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın futbol məşqçiləri üçün bu ilin aprelində keçirilən B kateqoriyalı kursların nəticəsi müəyyənləşib. AFFA-nın elmi-metodik mərkəzinin əməkdaşı Namiq Quliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, kurslara Premyer Liqa klublarının məşqçiləri, yeniyetmələrdən ibarət komandaların çalışdırıcıları, eləcə də veteran futbolçulardan ibarət 25 nəfərlik heyət qatılıb. İki həftəlik seminardan sonra imtahan verən kurs iştirakçıları hamısı lisenziyaya sahib çıxıblar: “Məşqçilər 4 bölmədən imtahan verdilər. İki məşqçi kəsilsə də, əlavə imtahan zamanı onlar da uğur qazandılar”. Beləliklə, Tərlan Əhmədov, Hafiz Əliyev, Teymur Muradov, Məhərrəm Bağırov, Bəxtiyar Musayev, Adil Mahmudov, Roman Cəfərov, Vəli Hüseynov, Rauf Salamov, Rövşən Babayev, Emin Salmanov, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Səttar Əliyev, Məhərrəm Həsənov, Ramiz Səadətov, İsmayıl Əliyev, Rüfət Quliyev, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev, Vadar Nuriyev, İlham Qurbanov, Baba Əsgərov, Asəf Namazov və Vidadi Rzayev lisenziyaya layiq görülüb. Kursun başa çatması ilə əlaqədar UEFA-ya məktub göndərildiyini deyən N.Quliyev ölkəmizdə B kateqoriyalı lisenziyaya malik məşqçilərin sayının 62-yə çatdığını söyləyib. İlin sonlarında B kateqoriyalı növbəti kursun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər bir məşqçi ardıcıllıqla C, B, A və “Pro” kateqoriyalı lisenziya ala bilər.
0