Draqan Naçevski: “Bakı” ilə bağladığım müqavilədən tam razıyam”
25.06.2008 - 17:53
Draqan Naçevski: “Bakı” ilə bağladığım müqavilədən tam razıyam”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” ilə bağladığım müqavilədən tam razıyam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Draqan Naçevski Makedoniya mətbuatına müsahibəsində deyib. 27 yaşlı makedoniyalı yarımmüdafiəçi bildirib ki, Azərbaycana gəlməyinə peşman deyil: “Bakı” rəhbərliyi ilə görüşümüz oldu. Qısa zamanda ortaq məxrəcə gəlib anlaşdıq. İki il müddətinə müqavilə bağladıq ki, anlaşmanın məbləği və şərtləri məni tam qane edir. Sözsüz ki, karyeramı Azərbaycanda davam etdirməyimdə Qyoko Hacievskinin rolu olub. Əvvəllər rəhbərliyi altında oynadığım mütəxəssis məni baş məşqçisi olduğu “Bakı”nın sıralarında görmək istəyib”.
Qeyd edək ki, D.Naçevski əvvəllər oynadığı “Vardar”da çıxış edərkən Q.Hacievskinin rəhbərliyi altında iki dəfə Makedoniya çempionu adını qazanıb.
0