Mahir Şükürov və Yakuba Bamba “Xəzər-Lənkəran” klubunda qalacaq
25.06.2008 - 18:09
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu transferə çıxardığı dörd futbolçudan ikisini geri qaytarıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Xəzər-Lənkəran”ın seleksiyaçı-məşqçisi Bəxtiyar Musayevin sözlərinə görə, müdafiəçi Mahir Şükürovla Fil Dişi Sahilindən olan hücumçu Yakuba Bambanı komandada saxlayıblar: “Hər iki futbolçu bu gündən məşqimizə qatılıb. Həm Mahirin, həm də Yakubanın bizimlə müqaviləsi var. Yaranan anlaşılmazlığa aradan götürüldü və oyunçulara saxlamağa qərar verdik. Ancaq Nadir Nəbiyevlə Roberto Santos əvvəlkitək transferə çıxarılıb”. B.Musayev bildirib ki, komandaya yeni legioner baxışa çağırılıb: “Bu, 28 yaşlı müdafiəçi Stanislav Jekovdur. Son mövsümü vətənində, Varnanın “Spartak” klubunda keçirən bolqarıstanlını baxışa çağırmışıq. Mərkəz müdafiəçisi olan Jekov komandamıza Yunanıstanda qoşulacaq. Bu ölkədə keçirəcəyimiz iki həftəlik təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Komandamıza baxışa yeni legionerlər gələcək ki, onlar arasında braziliyalılar olacaq”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0