Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim istefa verib
26.06.2008 - 10:05
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim istefa verib
“Futbolçularla paltardəyişmə otağında söhbətləşdim və onlardan haqlarını halal etmələrini istədim. Ardından federasiya prezidenti Hasan Doğanla görüşüb komandadan ayrılmaq istəyimi bildirdim”. Türkiyədə hansısa komandanı çalışdırmaq fikrində olmadığını deyən F.Terimin sözlərinə görə, gələcəkdə Avropa ölkələrindən birində fəaliyyət göstərəcək: “Allah qismət edərsə, Avropaya gedəcəyəm”.
Qeyd edək ki, Türkiyə mətbuatı F.Terimlə Yunanıstan, İngiltərə və İtaliya klublarının maraqlandığı haqda xəbərlər yazıb.
0