Berti Foqts: “Rusiya yığmasının finala çıxmaq şansı var”
26.06.2008 - 09:36
Berti Foqts: “Rusiya yığmasının finala çıxmaq şansı var”
62 yaşlı mütəxəssis 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində rəqibimiz olan Rusiya yığmasının finala yüksəlmək perspektivini dəyərləndirib: “Rusiyalılar ilk oyunda olduğu kimi rəqibindən çəkinməzsə, finala çıxmaq üçün çox yaxşı şansları var. Çempionatın ilk turunda onlar İspaniyaya qarşı çox qorxaq oyun göstərmişdi”.
Qeyd edək ki, Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının bu gün keçiriləcək yarımfinal oyununda Rusiya ilk turda 1:4 hesabı ilə məğlub olduğu İspaniya ilə qarşılaşacaq.


0