“Neftçi” klubunun rəqibi yenə uduzub
26.06.2008 - 10:24
“Neftçi” klubunun rəqibi yenə uduzub
Praqa. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan Slovakiyanın “Nitra” komandası növbəti məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, ötən həftə Bakıda 0:2 hesabı ilə məğlub olan nitralılar ilk yoxlama matçında da uduzub. Çexiyanın paytaxtı Praqada yerli “Slaviya” ilə qarşılaşan Pavel Maluranın yetirmələri 1:3 hesabı ilə məğlub olub. Hər hissədə bir heyətlə meydana çıxan slovakiyalıların yeganə qolunu gürcüstanlı İrakli Liluaşvili vurub. Legioner futbolçu komandası 0:2 hesabı ilə geridə olarkən fərqlənib. Qeyd edək ki, “Neftçi” ilə “Nitra” arasında İntertoto kubokunun birinci mərhələsinin cavab oyunu iyunun 28-də keçiriləcək.
0