“Neftçi” Belçikanın “Jerminal” klubu ilə danışıqları yekunlaşdırıb
26.06.2008 - 12:07
“Neftçi” Belçikanın “Jerminal” klubu ilə danışıqları yekunlaşdırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu Belçikanın “Jerminal” komandası ilə danışıqları yekunlaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun ikinci mərhələsində belçikalıların iştirakı ilə keçiriləcək görüşlərin vaxtı müəyyənləşib. Birinci mərhələdə keçirilən “Neftçi” (Azərbaycan) – “Nitra” (Slovakiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək “Jerminal” rəhbərliyi hər iki komanda ilə indidən razılığa gəlməyi lazım bilib. İyulun 5-də keçiriləcək oyun Olimpiya stadionunda baş tutacaq. Cəmi 12206 tamaşaçı tutan bu arena 1920-ci ildə Antverpendə keçirilən Olimpiya oyunları üçün inşa olunub. Həmin matçın Bakı vaxtı ilə 23:00-da başlamasına həm təmsilçimiz, həm də slovakiyalılar razı olub. İyulun 12-də keçiriləcəyi məlum olan cavab matçının saatı isə meydan sahibinin kimliyindən asılı olacaq. Belə ki, belçikalılar “Neftçi” ilə cavab oyununun 21:30-da keçirilməsi haqda razılaşa bilib. İlk oyunda 0:2 hesabı ilə uduzan “Nitra” növbəti mərhələyə vəsiqə qazanarsa cavab görüşü 24:00-da başlayacaq.
Qeyd edək ki, “Jerminal”ın rəqibi iyunun 28-də məlum olacaq.
0