“Neftçi”nin rəqibi yenə böyük hesabla qalib gəlib
27.06.2008 - 10:03
“Neftçi”nin rəqibi yenə böyük hesabla qalib gəlib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsində rəqibi olacaq Belçikanın “Jerminal” komandası ardıcıl dördüncü qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yeni mövsümə hazırlaşan növbəti yoxlama oyununu keçirib. “Neftçi”nin rəqibi “Merdonk” klubun böyük hesabla məğlub edib. Komandanın yeni transferi ruandalı Henri Munyaneza yenə ikinci hissənin əvvəlində əvəzlənməsinə baxmayaraq bu dəfə də 3 qol vurmağa nail olub. “Jerminal”ın digər qollarını Vinçentso Verhoven (2) və Viktor Vanyami vurub. Qeyd edək ki, Belçika təmsilçisi növbəti yoxlama oyununu iyulun 1-də keçirəcək.
0