Berti Foqts: “Almaniya yığması türkiyəlilərin oyun tempi qarşısında aciz idi”
27.06.2008 - 12:54
Berti Foqts: “Almaniya yığması türkiyəlilərin oyun tempi qarşısında aciz idi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Almaniya milli komandası türkiyəlilərin oyun tempi qarşısında acız idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının yarımfinalında keçirilən Almaniya – Türkiyə matçında (3:2) qarşılaşmasında almaniyalı həmvətənlərinin oyununu bəyənməyib: “Türkiyəlilər yüksək oyun tempini diqtə edirdi ki, bu da çox xoşuma gəldi. Onlardan fərqli, almaniyalılar belə tempdə oynamağa qadir deyildi”.
Qeyd edək ki, Almaniya yığması qitə çempionatının finalına son dəfə 12 il əvvəl B.Foqtsun rəhbərliyi altında vəsiqə qazanmışdı.
0