Berti Foqts : “Finaldan əvvəl qırmızı çaxır içmişdik”
28.06.2008 - 12:17
Berti Foqts : “Finaldan əvvəl qırmızı çaxır içmişdik”
Hətta ehtiyat qapıçıları da oyunçu kimi sonradan meydana buraxmaq ehtimalım var idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının final oyunu ərəfəsində almaniyalı çalışdırıcı vətənində həmkarlarımızla söhbət edib. 1996-cı ildə qitə çempionu olan mütəxəssis xələfi Yoahim Lövə finala çıxmaqla arxayınlaşmamağı məsləhət görüb: “Mən finala çıxandan sonra hansı həyəcan hissinin olduğunu bilirəm. 12 il əvvəl biz final oynayanda bir stəkan qırmızı çaxır içdik ki, həyəcanımız bir az azalsın. Düzdür, həmin heyəti indiki ilə müqayisə etmək olmaz. Ulduzlardan qurulan komandanın üzvlərinin kimliyini izah etmək belə yersizdir. Onlara nə isə deməyin də yeri yox idi. Meydana çıxıb nə etməli olduqlarını gözəl bildiklərindən məşqçi rahat nəfəs ala bilirdi”. Komandanın kapitanı Mixael Ballakın 2010-cu ilin dünya çempionatında da komandaya xeyir verə biləcəyini düşünən B.Foqts 12 il əvvəl final bitənədək sakitləşməyib: “Məndən əvvəl ölkəmizə titul qazandıran almaniyalı çalışdırıcılarla bir cərgədə dura biləcəyim haqda düşünmürdüm. İngiltərə ilə yarımfinal oyunundan sonra da arxayınlaşmadıq. Yalnız Çexiya üzərində həlledici matçdakı qələbədən sonra son nöqtəni qoyduğumuzu başa düşdük. Və yalnız onda sakitləşdik”.
0