“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi daha iki futbolçu transfer etmək istəyir
30.06.2008 - 15:33
“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi daha iki futbolçu transfer etmək istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokundakı rəqibi Belçika “Jerminal”ının rəhbərliyi daha iki futbolçu transfer etmək istəyir. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın baş məşqçisi Arm van Veldhoven belçikalılar Tomas Buffellə Ruud Knolun xidmətində maraqlıdır. “Jerminal” rəsmiləri Belçika milli komandasının üzvü T.Buffelin transferi ilə bağlı artıq Şotlandiyanın “Reyncers” klubuna müraciət ediblər. R.Knol isə danışıqlar üçün özü Antverpenə gəlib. Yunanıstanın PAOK klubundan maddi məsələlərə görə ayrılan 27 yaşlı müdafiəçi Belçikanın “Serkl Brügge” və Türkiyənin bir neçə klubunun da maraq dairəsindədir.
Qeyd edək ki, İntertoto kubokunun ikinci mərhələsi çərçivəsində “Jerminal” - “Neftçi” matçı iyulun 5-də Bakı vaxtı ilə saat 23.00-da Antverpen Olimpiya stadionunda keçiriləcək.
0