“Qarabağ”ın yeni transferi Artım Şakiri keçmiş klubu ilə vidalaşıb
30.06.2008 - 18:13
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Artım Şakiri Albaniyanın “Besa” komandasının heyətində son oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, ağdamlıların iyunun 18-də müqavilə bağladıqları makedoniyalı futbolçu İntertoto kubokunun birinci mərhələsinin cavab görüşündə də çıxış edib. O, Kiprdə yerli “Etnikos” klubu ilə matçda 90 dəqiqə meydanda olub. Səfərdən heç-heçə ilə (1:1) dönən “Besa”nın mərhələ adlamasında A.Şakirinin də əməyi keçib. Beləliklə, Makedoniya yığmasının sabiq kapitanı “Besa” ilə vidalaşıb. A.Şakiri iyulun 1-dən etibarən rəsmən “Qarabağ”ın oyunçusu hesab olunacaq. 35 yaşlı yarımmüdafiəçi yeni komandasına Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı qoşulacaq.
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
0
0