Azərbaycan klublarının Çempionlar Liqasında və UEFA kubokundakı rəqibləri sabah müəyyənləşəcək
30.06.2008 - 18:26
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının (ÇL) və UEFA kubokunun 2008/09 mövsümünün püşkü atılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi öncə ÇL-də yarışacaq komandalar arasında olacaq. Bakı vaxtı ilə saat 15.00-da başlanacaq tədbirdə qitənin ən nüfuzlu klub turnirinin birinci və ikinci təsnifat mərhələsində üz-üzə gələcək cütlüklər müəyyənləşəcək. Azərbaycan təmsilçilərinin hər iki yarışdakı potensial rəqibləri məlumdur. ÇL-də ölkəmizi təmsil edəcək “İnter” ilkin mərhələdə “Dinamo” (Zaqreb, Xorvatiya), “Anortosis” (Kipr), “Höteborq” (İsveç), “Ventspils” (Latviya), “Kaunas” (Litva), “Tampere Yunayted” (Finlandiya), “Şerif” (Moldova), “Droheda” (İrlandiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Rabotniçki” (Makedoniya), “Valyur” (İslandiya), “Artmedia” (Slovakiya), “Domjale” (Sloveniya) və ya “Modritsa” (Bosniya və Herseqovina) klublarından biri ilə qarşılaşacaq. Bu komandalardan yalnız Zaqreb “Dinamo”su qitə miqyaslı turnirdə rəqibimiz olub. ÇL-in ötən mövsümündə “Xəzər-Lənkəran”la görüşən xorvatiyalılar çətinliklə komandamızı mübarizədən kənarlaşdırıblar (1:1; 3:1) bilib. Avrokuboklarda debüt edəcək “İnter”in ÇL-in ikinci mərhələsindəki potensial rəqibləri isə “Dinamo” (Kiyev, Ukrayna), “Anderlext” (Belçika), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Panatinaikos” (Yunanıstan), “Bazel” (İsveçrə), “Brann” (Norveç), “Partizan” (Serbiya), “Olborq” (Danimarka), “Rapid” (Vyana, Avstriya), “Visla” (Krakov, Polşa) və UEFA kubokunun son finalçısı Şotlandiyanın “Reyncers” klubudur.
Bakı vaxtı ilə saat 16:30-da isə UEFA kubokunda yarışacaq “Olimpik” və “Xəzər-Lənkəran”ın rəqibləri məlum olacaq. Bunlar Avstriyanın “Austriya” (Vyana) və “Zalsburq”, Polşanın “Legiya” və “Lex, Slovakiyanın “Jilina” və “Spartak”, Macarıstanın “Debretsen” və “Qyori”, Serbiyanın “Voyvodina” və “Borats”, İsveçrənin “Bellinzona” və Almaniyanın “Herta” klublarından ikisi olacaq. Komandalarımız avrokuboklarda müxtəlif illərdə “Lex”, “Jilina” və “Spartak”la (Trnava) görüşüb. ÇL-dən fərqli, UEFA kubokunda yalnız birinci mərhələnin püşkü atılacaq. İkinci mərhələdə potensial rəqiblərimiz “Moskva” (Rusiya), “Kuin of The Sauts” (Şotlandiya), “Dnepr” (Ukrayna), “Gent” (Belçika), “Slovan” (Çexiya), “Beşiktaş” (Türkiyə), AEK, “Aris” (hər ikisi Yunanıstan), “Liteks”, “Lokomotiv” (hər ikisi Bolqarıstan), “Yanq Boyz”, “Sürix” (hər ikisi İsveçrə), “Lillestrom”, “Stabek” (hər ikisi Norveç), “Makkabi” (Netanya, İsrail), Branimir Subaşiçin yeni klubu “Srvena Zvezda” (Serbiya) və “Neftçi”nin də mübarizə apardığı İntertoto kubokunun 11 qalibi olacaq.

0
0