Belçika yığmasının yarımmüdafiəçisi “Neftçi”yə qarşı oynamayacaq
01.07.2008 - 11:26
Belçika yığmasının yarımmüdafiəçisi “Neftçi”yə qarşı oynamayacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Başa düşmürəm, niyə o bizi yalandan ümidli edirdi. Tomas Buffel sonadək komandamıza keçəcəyinə inandırırdı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Belçikanın “Jerminal” klubunun icraçı direktoru Herman Kestler deyib. İntertoto kubokunun ikinci mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq belçikalılar qarşılaşma ərəfəsində zərbə alıb: “Serkl Brügge” ilə müqavilə imzalayandan bir saat əvvələdək bizə narahat olmamağı deyən Buffel sonda bizi məyus etdi. “Jerminal” və onun tərəfdarları hadisələrin belə axarına çox üzülüb”.
Qeyd edək ki, Belçika millisinin oyunçusu ilə güclənmək niyyətində olan “Jerminal” rəhbərliyi T.Buffeli iyulun 5-də və 12-də “Neftçi”yə qarşı keçiriləcək oyunlarda debüt edəcəyini gözləyirdi.
0