Georgi Nikolov: “Rabotniçki” klubunu keçməyə borcluyuq”
01.07.2008 - 15:09
Georgi Nikolov: “Rabotniçki” klubunu keçməyə borcluyuq”
“Fikrimcə, birinci mərhələdə “Rabotniçki” klubunu keçməyə borcluyuq. Hər halda, bizə daha güclü rəqib düşə bilərdi. Açığı, Zaqrebin “Dinamo” və İsveçin “Höteborq” klublarından çəkinirdim. Birinci görüş Bakıda baş tutacağından, üstünlük qazanıb ikinci mərhələyə çıxmaq şansımızı yüksəltməliyik. Evdə inamlı qələbə qazanıb, səfərdə rəqibin işini çətinləşdirməliyik”. G.Nikolov ikinci təsnifat mərhələsində UEFA kubokunun son finalçısı Şotlandiyanın “Reyncers” klubu ilə görüşmək istəyini gizlətməyib: “Reyncers”lə görüşmək istərdim. Ancaq “Fənərbaxça” və Kiyevin “Dinamo” klubu daha çox texnikalı komandalar olduğu üçün, onlarla qarşılaşmağı arzulamazdım. Növbəti rəqibimiz “Partizan” güclü komandadır”.
Komandanın baş məşqçisi Valentin Xodukin isə püşk haqda ətraflı danışmayıb: “Püşkün nəticəsi haqda heç nə fikirləşmirəm. İlk oyunun evdə keçirməyimizin münasib olub-olmamağını zaman göstərəcək. Hazırda bütün diqqətimi komandanın bu məsul turnirə hazırlaşmasına yönəltmişəm”.
0