Mişel Platini: “Azərbaycan futbolundakı dostlarıma baş çəkmək imkanından istifadə etdiyim üçün çox şadam”
02.07.2008 - 09:55
Mişel Platini: “Azərbaycan futbolundakı dostlarıma baş çəkmək imkanından istifadə etdiyim üçün çox şadam”
Onlar 2012-ci il Avropa çempionatına hazırlığın gedişi ilə tanış olacaqlar. Ardından M.Platininin rəhbərlik etdiyi nümayəndələrin bir qismi Qazaxıstana yollanacaq. UEFA rəsmiləri qonşu ölkənin paytaxtı Astanada tikilən yeni stadionun açılışına qatılacaqlar. İyulun 5-də onlar Bakıya gələcəklər. Azərbaycan paytaxtına bir günlük səfər ərzində M.Platini və həmkarları AFFA rəhbərliyi ilə danışıqlar aparacaq və gənc futbolçular üçün yeni məşq mərkəzinin tikintisi ilə tanış olacaqlar. UEFA prezidenti deyib: “Azərbaycan və Qazaxıstan futbolundakı dostlarıma baş çəkmək imkanından istifadə etdiyim üçün çox şadam. Şərq ölkələrində futbol infrastrukturunun inkişafı sevimli oyunumuzun gələcəyi üçün çox vacibdir”.
Qeyd edək ki, M.Platininin rəhbərlik edəcəyi nümayəndə heyətində UEFA-nın baş katibi David Teylor, Yozef Paskal Torres, Uilyam Qalyard, Marios Lefkaritis və Teodoros Teodoridis yer alacaqlar.





0