“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi güzəşt əldə edib
02.07.2008 - 10:00
“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi güzəşt əldə edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokunun birinci təsnifat mərhələsində rəqibi Polşanın “Lex” komandası güzəşt əldə edib. “APA-Sport” agentliyinin məlumatına görə, Poznan təmsilçisi İntertoto kubokunda mübarizə aparmalı idi. Ölkə çempionatında 4-cü yeri tutan Frantişek Jmudanın yetirmələri UEFA kubokuna vəsiqə qazana bilməsə də, Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubunun sayəsində güzəşt əldə edib. Belə ki, Polşa çempionatının bürünc mükafatçısı kimi UEFA kubokuna qatılmalı olan S.Yunisoğlunun komandası yarışa qatılmaqdan imtina edib. “Qrotslin”i bu yarışda əvəz edən “Lex” isə püşkə əsasən “Xəzər-Lənkəran”ın rəqibi olub.
Qeyd edək ki, imtina etməyəcəyi halda ikinci dəfə Azərbaycan klubu ilə görüşəcək “Qrotslin” bu il ümumiyyətlə qitə kuboklarında çıxış etmir.
0