“Partizan” klubunun baş məşqçisi: “Biz “İnter” yox, “Rabotniçki” ilə qarşılaşmaq istəyirik”
02.07.2008 - 11:19
Serbiyalı mütəxəssisin fikrincə, makedoniyalılar daha münasib rəqibdir: “Çünki yeni futbolçulardan təşkil olunduğundan, bu komanda haqda da məlumatımız azdır. Lakin istənilən halda, “Rabotniçki” ilə qarşılaşmağımız daha yaxşı olardı. Çünki həm Makedoniyaya yol yaxındır, həm də saat fərqi yoxdur. Hər iki rəqib barədə ətraflı məlumat toplamalıyıq. “Rabotniçki” barədə bu komandanın sabiq baş məşqçisi Draqolyub Bekvalatsdan informasiya alacağıq. İndi “Voyvodina”nı çalışdıran mütəxəssis makedoniyalılara yaxşı bələddir”.
“Partizan” klubunun kapitanı Nenad Corceviç isə rəqibin kimliyinin əhəmiyyət kəsb etmədiyini düşünür: “Rabotniçki” və “İnter” haqqında heç nə bilmirik. Əslində, bizə bu yox, meydana çıxıb öz oyunumuzu oynamaq lazımdır. Şübhəsiz ki, ikinci mərhələnin favoriti bizik. Mümkün qədər az güc sərf etməklə mərhələni keçməliyik ki, üçüncü təsnifat mərhələsində də yaxşı oynayaq”.
Qeyd edək ki, birinci mərhələnin ilk oyunları iyulun 15-də keçiriləcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0