AFFA “Xəzər-Lənkəran”la bağlı UEFA-ya müraciət edib
02.07.2008 - 12:33
AFFA “Xəzər-Lənkəran”la bağlı UEFA-ya müraciət edib
Bakı. Elşən Məmmədov – APA-Sport. AFFA rəhbərliyi Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu ilə bağlı UEFA-ya müraciət ünvanlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, müraciətdə “Xəzər-Lənkəran”a UEFA kuboku çərçivəsindəki oyunlarını Lənkəran şəhər stadionunda keçirməyə icazə verilməsi xahiş edilib.
Qeyd edək ki, UEFA kubokunun ilkin təsnifat mərhələsində “Xəzər-Lənkəran” Polşanın “Lex” klubu ilə qarşılaşacaq. Komandamız rəqibini iyulun 17-də qəbul edəcək. Hazırda “Xəzər-Lənkəran”ın Avropa kuboklarında ev oyununu öz arenasında keçirməsinə maneə kimi Lənkəranda lazımi infrastrukturun olmaması göstərilir. Belə ki, hava limanının hələ istifadəyə verilmədiyi şəhərdə yüksək standartlara uyğun otel də yoxdur.
0