“Jerminal” və “Neftçi” arasındakı görüşlərin hakimləri müəyyənləşib
02.07.2008 - 14:31
“Jerminal” və “Neftçi” arasındakı görüşlərin hakimləri müəyyənləşib
Qarşılaşmanın hakim inspektoru gürcüstanlı David Petriaşvili, UEFA nümayəndəsi danimarkalı Yorn Vest Larsen olacaq. Antverpen şəhərində keçiriləcək görüş iyulun 5-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bir həftə sonra Bakıda baş tutacaq matçda İngiltərədən olan hakimlər fit çalacaq. Baş hakim Mark Klattenburqa həmyerliləri David Riçardsson və Adam Uatts kömək edəcək. Həm bu, həm də AFFA-nın təyin edəcəyi ehtiyat hakimə məşhur rusiyalı Valentin İvanov qiymət verəcək. İyulun 12-də saat 21:00-da start fiti veriləcək qarşılaşmanın UEFA nümayəndəsi macarıstanlı Marton Esterhazi olacaq.
Qeyd edək ki, “Neftçi” – “Jerminal” matçının qalibi Rumıniyanın “Vasluy” klubu ilə qarşılaşacaq.
0