Valentin Xodukin: “Kocaelispor” bizimlə oynamaqdan çəkindi”
02.07.2008 - 15:15
Valentin Xodukin: “Kocaelispor” bizimlə oynamaqdan çəkindi”
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyənin “Kocaelispor” klubu Azərbaycan çempionu “İnter”lə görüşməkdən imtina edib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “İnter” klubunun baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, “Kocaelispor”la sabahkı yoxlama oyunu baş tutmayacaq: “Superliqaya qayıdan bu komanda bizimlə oynamaqdan çəkindi. “Sivasspor”u məğlub edəndən sonra Türkiyə mətbuatı haqqımızda xoş sözlər yazıb. “Kocaeliespor” bundan sonra “İnter”lə oyundan imtina etdi. Onlar bunu hazırlığa yenicə başlamaları ilə əsaslandırdı”. V.Xodukin sabah yoxlama oyunu keçirməyin qüvvədə qaldığını söyləyib: “Türkiyəlilər “Kocaelispor”un əvəzinə zəif bir rəqib sırıyıblar. Bu, adını xatırlamadığım həvəskar komandadır. İyulun 6-da Türkiyənin “Konyaspor”, bundan üç gün sonra İranın “Sepahan” klubu ilə yoxlama oyunlarımız qüvvədə qalıb”.
0