“Bakı” Moldova yığmasının müdafiəçisi Aleksey Savinovla müqavilə bağlayacaq
02.07.2008 - 17:12
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu Moldova yığmasının üzvü Aleksey Savinovla müqavilə bağlayacaq. Bu barədə “APA-Sport” agentliyinə açıqlama verən komandanın baş məşqçisi Qyoko Hacievski bildirib ki, 29 yaşlı futbolçunun oyununu bəyənib: “Aleksey mənə mərkəz müdafiəçisi kimi lazımdır. Dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilər. Onun keçidi klub rəhbərliyi ilə söhbətdən sonra rəsmiləşəcək”. Q.Hacievski Sloveniyadakı təlim-məşq toplanışının vaxtının dəyişdirildiyini söyləyib: “Bu ölkədə hazırlıq prosesi əvvəl nəzərdə tutulduğu kimi, iyulun 15-də yox, 13-də başlayacaq. Səfər vaxtının irəli çəkilməsi Azərbaycan Premyer Liqasında yeni mövsümün nisbətən tez başlaması ilə əlaqədardır. İki həftəlik toplanışdan sonra Bakıya qayıdıb, mövsümə tam hazır olacağıq”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0