Boban Babunski: “Azərbaycan çempionu ilə oyunlarda şanslar bərabərdir”
03.07.2008 - 10:59
Boban Babunski: “Azərbaycan çempionu ilə oyunlarda şanslar bərabərdir”
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun Çempionlar Liqasının ilkin mərhələsində rəqibi olan Makedoniyanın “Rabotniçki” komandasının baş məşqçisi Boban Babunski deyib. O, Azərbaycan çempionu haqda daha çox məlumat toplamağın vacib olduğunu bildirib: “Bizim üçün “İnter” naməlum komanda sayılır. Çünki bakılılar haqda yalnız ümumi məlumatımız var. Tanımadığımız rəqib haqda artıq ilk oyunadək informasiya toplamağa çalışacağıq. Bizim üçün hal-hazırda ən vacib olanı budur”.
Qeyd edək ki, “İnter” - “Rabotniçki” matçı iyulun 15-də keçiriləcək.
0