“Çelsi” Andrey Arşavinin transferinə 12 milyon funt sterlinq xərcləməyə hazırdır
03.07.2008 - 15:06
“Çelsi” Andrey Arşavinin transferinə 12 milyon funt sterlinq xərcləməyə hazırdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərənin “Çelsi” klubu Rusiya milli komandasının oyunçusu Andrey Arşavin üçün 12 milyon funt sterlinqindən keçməyə hazırdır. “APA-Sport” agentliyinin məlumatına görə, London təmsilçisi futbolçunun məxsus olduğu Sankt-Peterburqun “Zenit” klubuna 12 milyon funt sterlinq təklif edib. Rusiyalıların təklifi qəbul etdiyini bildirən İngiltərə mətbuatının yazdığına əsasən, 27 yaşlı hücumçu yaxın günlərdə müqavilə bağlamaq üçün Londona yollanacaq. A.Arşavinin “Çelsi”yə keçidinə səbəb kimi klubun sahibinin Roman Abramoviç olması göstərilir. Belə ki, rusiyalı iş adamı həmyerlisini komandasında görmək istədiyini bildirib.
Qeyd edək ki, “Zenit”də həftəyə təxminən 60 min funt sterlinq qazanan A.Arşavini Londonun “Arsenal” və İspaniyanın “Barselona” klubu da transfer etmək istəyir.
0