Raymon Domenek 2010-cu ilədək Fransa yığmasında qalacaq
03.07.2008 - 16:36
Raymon Domenek 2010-cu ilədək Fransa yığmasında qalacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Raymon Domenek Fransa yığmasının baş məşqçisi postunda fəaliyyətini davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Fransa Futbol Federasiyası 51 yaşlı mütəxəssisi ən azı 2010-cu ilədək milli komandanın sükanı arxasında saxlamağı lazım bilib. Bununla bağlı federasiyanın bugünkü yığıncağında qərar çıxarılıb. Fransa yığması az öncə başa çatan Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxa bilmədikdən sonra R.Domenekin istefaya göndəriləcəyi gözlənilirdi.
Qeyd edək ki, Fransa yığması R.Domenekin rəhbərliyi altında 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.
0