Tuncay Şanlı Fatih Terimin qızı ilə evlənir?
03.07.2008 - 17:08
Tuncay Şanlı Fatih Terimin qızı ilə evlənir?
Bakı - APA-Sport. Avro-2008-də uğurlu çıxışı ilə könülləri fəth edən Türkiyə yığmasının futbolçuları çempionatın yorğunluğunu çıxarmaqla məşğuldurlar. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rüştü Rəncbər və Semih Şəntürk dünən xanımları ilə birgə İbrahim Tatlısəsin Bodrumda verdiyi konserti seyr ediblər. Onlarla eyni masada Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin qızı Mərvə və hücumçusu Tuncay Şanlı da olub. Media nümayəndələri ulduz futbolçuların şəklini çəkməyə başlayanda, Mərvə ilə yanaşı oturan Tuncay bundan rahatsız olub və jurnalistlərdən şəkilləri fotoaparatın yaddaşından silməyi tələb edib. Qeyd edək ki, Fatih Terim də hazırda xanımı ilə birgə Bodrumda dincəlir.
0