“Moskva” Azərbaycan yığmasına çağırılan futbolçunu 3,5 milyon dollara transfer edib
03.07.2008 - 18:08
“Moskva” Azərbaycan yığmasına çağırılan futbolçunu 3,5 milyon dollara transfer edib
Moskva. Mehman Süleymanov - APA-Sport. Rusiya Premyer Liqasında çıxış edən soydaşımız Aleksandr Səmədov komandasını dəyişib. “APA-Sport” agentliyinin məlumatına görə, 25 yaşlı futbolçu son üç ildə çıxış etdiyi “Lokomotiv”dən Moskvanın eyniadlı klubuna keçib. Futbolçunun transfer məbləği 3,5 milyon dollar təşkil edib. A.Səmədov 2005-ci ilin yayından şərəfini qoruduğu “Lokomotiv”in heyətində keçirdiyi 57 oyunda 7 qol vurub. “Moskva”nın ukraynalı baş məşqçisi Oleq Bloxin onu autsayderlər sırasında qərarlaşan komandasını gücləndirmək məqsədilə transfer edib.
Qeyd edək ki, atası Gəncə şəhərindən olan A.Səmədov Azərbaycan milli komandasında oynamaqdan imtina edərək, Rusiya yığmasının şərəfini qorumağı üstün tutub. O, beş il öncə Bakıda yığmamızın düşərgəsində yer alıb və ikitərəfli oyunda iştirak edib. Bundan sonra Azərbaycan millisindən rəsmi oyunlara dəvəti cavabsız qoyan A.Səmədov Rusiyanın olimpiya yığmasında oynadığını bəyan edib.
0