“Xəzər-Lənkəran” Rumıniyanın “Politexnika” klubu ilə heç-heçə oynayıb
04.07.2008 - 09:55
“Xəzər-Lənkəran” Rumıniyanın “Politexnika” klubu ilə heç-heçə oynayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA kubokuna hazırlıq məqsədilə Avstriyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubu ikinci yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk sınaq matçında 8:0 hesablı qələbə qazanan Lənkəran təmsilçisi bu dəfə Rumıniyanın “Politexnika” (Timisiora) klubu ilə görüşüb. Güclü yağış altında keçirilən oyunda komandalar hərəyə bir dəfə fərqləniblər - 1:1. “Xəzər-Lənkəran”dan qolun müəllifi Radomir Todorov olub. 28 yaşlı bolqarıstanlı sol cinah müdafiəçisi cərimə zərbəsini dəqiq yerinə yetirib. Lənkəranlılar növbəti yoxlama görüşünü iyulun 6-da Slovakiyanın paytaxtı Bratislavanı təmsil edən “Slaven” klubu ilə keçirəcək.
0