Azərbaycandan qaçan futbolçunu “Jdi menya” televerilişində axtaracaqlar
04.07.2008 - 10:43
Ukraynalı futbolçu bildirib ki, 2004/05 mövsümünün ikinci dövrəsində İmişlini “MKT-Araz” klubunda çıxış edib, müəmmalı şəkildə Azərbaycanı tərk edən Artyom Bezrodnını axtarır. M.Kaliniçenko bir vaxtlar ailəvi dost olduğu oyundaşını tapmaq üçün orijinal variant da fikirləşib. Belə ki, futbolçu Rusiyanın İctimai kanalında (ORT) yayımlanan “Jdi menya” verilişi vasitəsilə A.Bezrodnını tapa biləcəyinə ümid edir: “Onun əla göstəriciləri vardı. Lakin ətrafında “dostlar” fırlanmağa başladı. Artyom da ünsiyyətcil, mehriban oğlan idi. Dost olurdusa, sonadək münasibətlərini saxlayırdı. Biz də əsl dostları kimi, onu bu dəstədən çıxarmağa çox çalışdıq. Ancaq faydası olmurdu”.
Qeyd edək ki, A.Bezrodnı “MKT-Araz” klubunda çıxış etdiyi vaxtda alkoqollu içkilərə aludəliyindən əziyyət çəkirdi. Hətta onun klubdakı münasibətlərinin korlanmasının əsas səbəblərindən birinin belaruslu Boris Karasyovla birgə İmişli qəbiristanlığında sərxoş vəziyyətdə yatmasının olduğu da söylənilir. 2005-ci ilin yayında müqaviləsi olduğu “MKT-Araz”ın düşərgəsini tərk edən A.Bezrodnı əsgərliklə bağlı problemin həll edib geri qayıdacağını söyləmişdi.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0